Nikolas Maduro: “ABŞ-la əlaqələrimizi dayandırmaq qərarımı təsdiq edirəm”

Nikolas Maduro: “ABŞ-la əlaqələrimizi dayandırmaq qərarımı təsdiq edirəm” Bakı. 25 yanvar. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la əlaqələri dayandırmaq qərarına sadiq olduğunu açıqlayıb.
Digər ölkələr
25 Yanvar , 2019 19:53
Nikolas Maduro: “ABŞ-la əlaqələrimizi dayandırmaq qərarımı təsdiq edirəm”

Bakı. 25 yanvar. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la əlaqələri dayandırmaq qərarına sadiq olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə ABŞ diplomatlarının ölkədən çıxarılması müddətinin başa çatması ərəfəsində “Twitter”dəki səhifəsində yazıb.

“ABŞ hökuməti ilə diplomatik və siyasi əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm”, - deyə N.Maduro qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuela Prezidenti ABŞ-la diplomatik əlaqələrə xitam verdiklərini açıqlayaraq bu ölkənin diplomatlarına ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxt vermişdi. Beləliklə, ABŞ diplomatları bazar gününədək Venesueladan çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi