Maduro ABŞ-ı "neft müharibəsi" başlamaq istəməkdə ittiham edib

Maduro ABŞ-ı "neft müharibəsi" başlamaq istəməkdə ittiham edib Bakı. 7 mart. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ABŞ və yerli müxalifəti neft müharibəsinə başlamaq niyyətində ittiham edib.
Digər ölkələr
7 Mart , 2019 03:30
Maduro ABŞ-ı neft müharibəsi başlamaq istəməkdə ittiham edib

Bakı. 7 mart. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ABŞ və yerli müxalifəti "neft müharibəsi"nə başlamaq niyyətində ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Venesuela müxalifəti və ABŞ hökuməti ölkəyə köməklik göstərmək istəmirlər, əksinə, onlar bizim təbii sərvətlərimizə susayıblar. Onlar bizim vətənimizə soxulmaq və onu idarə etmək üçün "neft müharibəsi" başlatmaq istəyirlər. Onlar uğursuzluğa düçar olacaqlar", - deyə Maduro yazıb.

Daha əvvəl ABŞ-ın Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa çalışdığı məlum olub.

Son xəbərlər

Orphus sistemi