Yuxarı

Madridin əsas kilsəsində Parisdəki terrorun qurbanları üçün anım mərasimi keçirilib

Tədbirdə İspaniyanın bir sıra hökumət nümayəndələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər

Bakı. 19 noyabr. REPORT.AZ/ Madridin mərkəzi kilsəsi olan Almudenada məbədində Parisdə baş vermiş terror aktları nəticəsində həlak olmuş insanlar üçün anım mərasimi keçirilib.

Dini ayini Madrid Arxiyepiskopu Karlos Osora Syerra yerinə yetirib. Tədbirdə İspaniyanın daxili işlər naziri Xorxe Fernandes Dias, bir sıra hökumət nümayəndələri və İspaniya Krallığında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi