Yuxarı

Madriddə Yeni İl şənlikləri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Polis tədbir iştirakçılarını həm yoxlayacaq, həm də onların qeydiyyatını aparacaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Bu il Madridin əsas meydanı olan Puerta del Solda yeni ili qarşılayanların sayına məhdudiyyət qoyulacaq. Belə ki, yeni il zəngləri altında 12 üzüm giləsi yemək istəyənlərin sayı 25 min nəfər olacaq.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polis tədbir iştirakçılarını həm yoxlayacaq, həm də onların qeydiyyatını aparacaq. Girişə 4 əsas küçədən icazə veriləcək, digər 4 küçə isə fövqaladə hallar və çıxış üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi