Madriddə attraksionlar parkında hadisə zamanı ən azı 26 nəfər yaralanıb

Madriddə attraksionlar parkında hadisə zamanı ən azı 26 nəfər yaralanıb Xəsarət alanlar arasında azyaşlılar da var
Digər ölkələr
16 İyul , 2017 18:44
Madriddə attraksionlar parkında hadisə zamanı ən azı 26 nəfər yaralanıb

Madrid. 16 iyul. REPORT.AZ/ İspaniyanın paytaxtı Madrid şəhərindəki attraksionlar parkında baş vermiş bədbəxt hadisə nəticəsində ən azı 26 nəfər yaralanıb. "Report"un məlumatına görə, bu barədə Europa Press xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən "Amerika təpəciklərində" hərəkət edən iki vaqon yerli vaxtla saat 14:30-da toqquşub. Xəsarət alanlar arasında azyaşlılar da var. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi