Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb

Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniya və Böyük Britaniya Cəbəllütariq məsələsi ilə bağlı protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzalayıb.
Digər ölkələr
30 Noyabr , 2018 08:14
Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniyaBöyük Britaniya Cəbəllütariq məsələsi ilə bağlı protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Piriney krallığının xarici işlər naziri Jozep Borrel deyib.

"Bu gün İspaniya və Birləşmiş Krallıq Cəbəllütariqin [Aİ-nin tərkibindən çıxması] ilə bağlı razılaşmalar haqqında protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzaladılar. Bu dörd memorandum tütün və digər məhsullar, vətəndaş haqları, ətraf mühit və polis və gömrük məsələlərində əmədaşlığa aiddir", - deyə nazir "Twitter"də yazıb.

Bundan əvvəl Britaniya və İspaniyanın Cəbəllütariq üzrə razılığa gəldiyi məlumat verilib.

Son xəbərlər

Orphus sistemi