Madlen Olbrayt islamı qəbul etməyə hazırdır

Madlen Olbrayt islamı qəbul etməyə hazırdır Olbrayt: "Amerika bütün dinlərin və irqlərin nümayəndələri üçün açıq qalmalıdır"
Digər ölkələr
26 Yanvar , 2017 11:17
Madlen Olbrayt islamı qəbul etməyə hazırdır

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt miqrantlarla həmrəyliyini nümayiş etdirmək üçün özünü müsəlman hesab etməyə hazırdır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, o, bu addımı ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlara qarşı siyasəti sərtləşdirməyi düşünməsinə etiraz əlaməti olaraq atıb. Xatırladaq ki, seçki kampaniyası çərçivəsində D.Tramp terrorizmə qarşı mübarizə çərçivəsində müsəlmanların qeydiyyatını aparmağı təklif edib.

"Amerika bütün dinlərin və irqlərin nümayəndələri üçün açıq qalmalıdır", - M.Olbrayt "Twitter" hesabından yazıb.

"Mən katolik kimi böyümüşəm, sonradan Yepiskop kilsəsinə getmişəm, ardından ailəmin yəhudi olduğunu öyrənmişəm. Həmrəylik naminə müsəlman kimi qeydiyyata düşməyə hazıram", - 70 yaşlı keçmiş dövlət katibi əlavə edib.

Qeyd edək ki, M.Olbrayt 1997-2001-ci illərdə Bill Klintonun prezidentliyi dövründə ABŞ dövlət katibi olub.

Son xəbərlər

Orphus sistemi