Madaqaskarda yük maşınının çaya aşması nəticəsində 47 nəfər ölüb

Madaqaskarda yük maşınının çaya aşması nəticəsində 47 nəfər ölüb 11 yaralının vəziyyəti çox ağır kimi qiymətləndirilir
Digər ölkələr
30 Yanvar , 2017 12:49
Madaqaskarda yük maşınının çaya aşması nəticəsində 47 nəfər ölüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Madaqaskarda yük maşınının Mananara çayına aşması nəticəsində, ilkin məlumatlara görə, 47 nəfər həlak olub, 24 nəfər yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, insident Madaqaskarın paytaxtından şimal-şərqdə yerləşən Ancozorob şəhərində baş verib.

Ölənlər arasında uşaqlar da var. 11 yaralının vəziyyəti çox ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, ölkən qanunlarına görə, yük maşınlarında sərnişin daşınması qadağandır.

Son xəbərlər

Orphus sistemi