Madaqaskarda izdiham zamanı 15 nəfər həlak olub, 75 nəfər yaralanıb

Madaqaskarda izdiham zamanı 15 nəfər həlak olub, 75 nəfər yaralanıb Madaqaskarın paytaxtında yaranmış izdiham zamanı azı 15 nəfər həlak olub.
Digər ölkələr
27 İyun , 2019 03:20
Madaqaskarda izdiham zamanı 15 nəfər həlak olub, 75 nəfər yaralanıb

Madaqaskarın paytaxtında yaranmış izdiham zamanı azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Orange actu Madagascar portalına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 75 nəfər yaralanıb.

Çərşənbə günü Madaqaskarda Müstəqillik Günü qeyd edilib. Antananarivuda minlərlə insan pulsuz əyləncə tədbirlərinim keçirildiyi "Maxamasina" stadionuna toplaşıb.

Hakimiyyət orqanlarının məlumatına görə, izdiham iştirakçıların stadiona mümkün qədər tez yerləşməyə çalışmaları səbəbindən baş verib. 

Son xəbərlər

Orphus sistemi