Madaqaskarda güclü yağış səbəbindən 30-dan çox adam ölüb

Madaqaskarda güclü yağış səbəbindən 30-dan çox adam ölüb Madaqaskarda leysan yağışlar 31 nəfərin ölümünə səbəb olub, doqquz nəfər isə itkin düşüb.
Digər ölkələr
26 Yanvar , 2020 22:31
Madaqaskarda güclü yağış səbəbindən 30-dan çox adam ölüb

Madaqaskarda leysan yağışlar 31 nəfərin ölümünə səbəb olub, doqquz nəfər isə itkin düşüb.

“Report” un xəbərinə görə, bu barədə “RFI” radionun Afrika şöbəsi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Məlumata görə, 100 mindən çox insan təbii fəlakətdən zərər çəkib.

Təbii fəlakətin baş verdiyi ərazilərin sakinləri təxliyə edilir.

Adada yağışlar bir neçə gün dayanmadan yağıb. Nəticədə minlərlə ev və bina dağılıb və ya su altında qalıb.

Məktəblərin çoxu bağlanıb, yeddi mindən çox insan evsiz qalıb.

Son xəbərlər

Orphus sistemi