Yuxarı

​Madaqaskarda daşqınlar 14 nəfərin həyatına son qoyub

Paytaxtda əhalinin kütləvi təxliyəsinə başlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Madaqaskarda daşqınlar nəticəsində ölənlərin sayı artıq 14 nəfərə çatıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, 20 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Təbii fəlakət, əsasən ada dövlətinin paytaxtı Antananarivu və onun ətrafına ziyan vurub.

Adada leysan yağışlar təqribən iki həftə əvvəl başlayıb. Yanvarda 80 nəfər ölüb, təqribən 80 min nəfər evsiz qalıb.

Paytaxtın icra orqanları əhalinin təxliyəsinə başlayıb. Şəhərin elektrik təchizatı kəsilib. Məktəb və kilsələr də daxil olmaqla bütün ictimai müəssisələr könüllülərə zərərçəkənlərin yerləşdirilməsində köməklik göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi