Madaqaskarın cənubunda yerləşən qoruğun ərazisində leysan yağışlar daşqınlara səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Daşqınlar nəticəsində biri Fransa vətəndaşı olmaqla 5 nəfər həlak olub.
Güclü yağış suyun gözlənilmədən qalxmasına səbəb olub və bu insanların ölümünə səbəb olub.