Bakı. 25 noyabr. REPORT.AZ/ Madaqaskarda taun xəstəliyindən ölənlərin sayı 47 nəfərə çatıb.
"Report" xəbər verir ki, avqustun sonlarından Madaqaskarda təhlükəli xəstəliyə 119 yoluxma halı qeydə alınıb.
Bundan əvvəl, epidemiyadan 40 nəfərin öldüyü bildirilmişdi. Xəstəlik artıq ölkənin paytaxtı Antananarivuya da çatıb. Burada iki yoluxma faktı qeydə alınıb. Virus yayılmaqda davam edir.