Madaqaskarda 202 nəfər taunun qurbanı olub

Madaqaskarda 202 nəfər taunun qurbanı olub Madaqaskarın Səhiyyə Nazirliyi bu dövrdə 2348 xəstəliyə yoluxma faktı barədə bildirib
Digər ölkələr
27 Noyabr , 2017 21:38
Madaqaskarda 202 nəfər taunun qurbanı olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Madaqaskarda avqustun 1-dən noyabrın 22-dək taun xəstəliyindən azı 202 nəfər ölüb.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Təşkilatın xəbərində bildirilir ki, əlavə olaraq ağciyər taunuyla bağlı 341, həmçinin xəstəliyin qeyri-müəyyən tipi ilə əlaqədar 215 fakt məlum olub.

Madaqaskarın Səhiyyə Nazirliyi bu dövrdə 2348 xəstəliyə yoluxma faktı barədə bildirib. Onlardan 202-i ölümlə nəticələnib.

Son xəbərlər

Orphus sistemi