Macarıstanın XİN rəhbəri: Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır

Macarıstanın XİN rəhbəri: Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır "Bu gün Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır"
Digər ölkələr
125
9 Fevral , 2021 02:52
Macarıstanın XİN rəhbəri: Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır

"Bu gün Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Rəsmi Budapeşt Ankara ilə əlaqələrə xüsusi önəm verir".

Report" “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunları Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyyarto Ankarada Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varankla görüşdə deyib.

Macar nazirin sözlərinə görə, Türkiyə Avropanın təhlükəsizliyinə töhfə verən miqrasiya və energetika sahələrində xüsusi rol oynayır.

"Türkiyə və Macarıstan arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Rəsmi Budapeşt və Ankaranın dialoqu hər iki tərəf üçün qarşılıqlı ehtirama və faydaya əsaslanır", - Siyyarto qeyd edib.

Mustafa Varank öz növbəsində cari il Ankara ilə Avropa İttifaqının münasibətlərində etimadın bərpası dövrü olacağına ümidini ifadə edib.

Türkiyənin Sənaye və Texnologiyalar naziri rəsmi Budapeştin Ankara ilə əlaqələrin dərinləşməsinə sərmayədarların marağını yüksəltməyə çalışan mövqeyini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi