​Macarıstanın XİN başçısı: "Miqrasiya böhranı məsuliyyətsiz siyasətin nəticəsidir"

​Macarıstanın XİN başçısı: "Miqrasiya böhranı məsuliyyətsiz siyasətin nəticəsidir" Miqrantlarla bağlı yaranmış vəziyyət Aİ-nin miqrasiya siyasətinin uğursuzluğu və siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə bağlıdır
Digər ölkələr
5 Sentyabr , 2015 17:39
​Macarıstanın XİN başçısı: Miqrasiya böhranı məsuliyyətsiz siyasətin nəticəsidir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Dünyada yaranmış miqrant axını problemi Avropa İttifaqının yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir. "Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın xairici işlər naziri Peter Siyyatro ölkəsində mühacirlərlə bağlı baş verənləri şərh edərkən bildirib.

"Macarıstandakı vəziyyət iki məsələnin nəticəsidir. Bunlardan birincisi, Avropa İttifaqının miqrasiya siyasətinin uğursuzluğu, ikincisi isə avropalı siyasətçiləri tərəfindən verilən məsuliyyətsiz bəyanatlardır", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu gün Lüksemburqda Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin miqrasiya böhranı ilə bağlı ikigünlük görüşü işə başlayıb. 

Son xəbərlər

Orphus sistemi