Macarıstanın ən böyük müxalifət qəzeti fəaliyyətini dayandırıb

Macarıstanın ən böyük müxalifət qəzeti fəaliyyətini dayandırıb Bu, iqtisadi səbəblərlə bağlıdır
Digər ölkələr
9 Oktyabr , 2016 08:09
Macarıstanın ən böyük müxalifət qəzeti fəaliyyətini dayandırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Macarıstanda ən böyük müxalifət qəzetlərindən olan "Nepszabadsag" ("Xalq azadlığı") fəaliyyətini dayandırıb.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü qəzet əməkdaşları məlumat yayıb.

Onlar bunun iqtisadi səbəblərlə bağlı olduğunu bildiriblər. Qəzet sahibinin nümayəndəsi qərarın "yeni formul və konsepsiyanın reallaşdırılmasınadək" qüvvədə qalacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi