​Macarıstanın baş naziri: "Qaçqınlarla bağlı vəziyyət Avropada sosial partlayış yarada bilər"

​Macarıstanın baş naziri: "Qaçqınlarla bağlı vəziyyət Avropada sosial partlayış yarada bilər" "Aİ-nin sərhədini Macarıstandan başqa heç kimin qorumaması kədərləndirici haldır"
Digər ölkələr
3 Sentyabr , 2015 15:07
​Macarıstanın baş naziri: Qaçqınlarla bağlı vəziyyət Avropada sosial partlayış yarada bilər

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Qaçqınlarla bağlı yaranan vəziyyət Avropada sosial partlayışa səbəb ola bilər".

"Report" Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzetinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) sərhədini Macarıstandan başqa heç kimin qorumaması kədərləndirici haldır: "Biz sərhədlərimizi qoruya bilməsək, onda Şengen zonasında təhlükə yaranacaq. Bunu isə heç kim arzulamır".

Qeyd edək ki, son aylar Avropada ən çox miqrasiya axını olan ölkə Macarıstandır. Rəsmilərin məlumatına görə, son zamanlar Macarıstana on minlərlə qaçqın sığınıb.

Rəsmi Budapeşt Avropa İttifaqını Suriya və başqa ölkələrdən axın edəcək milyonlarla miqrantı qəbul etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi