Macarıstanda parlament seçkilərinin nəticələri əleyhinə mitinq keçirilib

Macarıstanda parlament seçkilərinin nəticələri əleyhinə mitinq keçirilib Bakı. 15 aprel. REPORT.AZ/ Macarıstanda bir neçə min nəfər parlament seçkilərinin əleyhinə kütləvi etiraz aksiyası keçirib.
Digər ölkələr
15 Aprel , 2018 04:49
Macarıstanda parlament seçkilərinin nəticələri əleyhinə mitinq keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Macarıstanda bir neçə min nəfər parlament seçkilərinin əleyhinə kütləvi etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu barədə "Daily News Hungary" məlumat yayıb.

Məlumata görə, paytaxt Budapeştdə təşkil olunan aksiya parlament binasının önündə baş tutub. Etirazçılar azadlıq ideyaları, demokratiya, qanunun aliliyi və müstəqil nəşrlər naminə həmrəyliyə və birliyə çağırışlar ediblər.

Bir neçə gün əvvəl ölkədə parlament seçkiləri keçirilib. Ölkənin baş naziri və "FİDES – Macar vətəndaş İttifaqı" partiyasının sədri Viktor Orban tərəfdarları qarşısında çıxışı zamanı hakim koalisiyanın səsvermələrin qalibi olduğunu elan edib. Bununla əlaqədar ATƏT hesabat dərc edib. Sənəddə seçkilər zamanı ölkədə azad rəqabətiin olmadığı və KİV-in qeyri-obyektivliyi bildirilib.

Son xəbərlər

Orphus sistemi