Macarıstanda mühacirləri daşıyan avtomobil qəzaya uğrayıb, 7 nəfər ölüb

Macarıstanda mühacirləri daşıyan avtomobil qəzaya uğrayıb, 7 nəfər ölüb Macarıstanda mühacirləri daşıyan Serbiya qeydiyyat nömrəli yolsuzluq avtomobilinin evə çarpılması nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb
Digər ölkələr
14 Dekabr , 2021 11:46
Macarıstanda mühacirləri daşıyan avtomobil qəzaya uğrayıb, 7 nəfər ölüb

Serbiyaya məxsus olan və Macarıstanda mühacirləri daşıyan avtomobilin evə çarpılması nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Macarıstan rəsmiləri bildirib.

Hadisə ölkənin Serbiya ilə sərhədyanı bölgəsində baş verib.

Qəza zamanı avtomobilin sürücüsü də xəsarət alıb. Polis kimliyi açıqlanmayan həmin şəxsi saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri, həmçinin ölümlə nəticələnən qəza törətmək maddələri ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi