Macarıstanda mikroavtobus qəzaya uğrayıb, 9 nəfər ölüb

Macarıstanda mikroavtobus qəzaya uğrayıb, 9 nəfər ölüb Bakı. 23 may. REPORT.AZ/ Macarıstanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb.
Digər ölkələr
23 May , 2018 12:11
Macarıstanda mikroavtobus qəzaya uğrayıb, 9 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Macarıstanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb.

“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın Daxili İşlər Nazirliyi yayıb.

Hadisə mayın 23-də gecə saatlarında Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.

Mikroavtobusun Rumıniya vətəndaşının olduğu bildirilib.

Məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub.

Ölənlərdən 4 nəfəri Rumıniya vətəndaşıdır. Qəzanın digər qurbanlarının şəxsiyyəti müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi