Macarıstanda metroda iki qatar toqquşub, 10 nəfər xəsarət alıb

Macarıstanda metroda iki qatar toqquşub, 10 nəfər xəsarət alıb Qəza baş verən xətdə hərəkət dayandırılıb
Digər ölkələr
5 Dekabr , 2016 18:02
Macarıstanda metroda iki qatar toqquşub, 10 nəfər xəsarət alıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt şəhərində metroda iki qatarın toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə “qırmızı” xətdə olub. Qatarlardan biri digəri ilə tuneldə toqquşub. Qəza baş verən xətdə hərəkət dayandırılıb. Sərnişinlər üçün əlavə avtobus marşrutları təşkil edilib.

Qəzanın başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi