Macarıstanda koronavirusdan ölənlərin sayı artdı

Macarıstanda koronavirusdan ölənlərin sayı artdı Macarıstanda son sutkada daha 16 nəfər COVID-19 qurbanı olub.
Digər ölkələr
18 Aprel , 2020 12:10
Macarıstanda koronavirusdan ölənlərin sayı artdı

Macarıstanda son sutkada daha 16 nəfər COVID-19 qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə məlumat ölkənin koronavirus.gov.hu portalında yerləşdirilib.

Məlumata görə, Macarıstanda koronavirusdan ölənlərin sayı 172-yə yüksəlib.

Bundan başqa, Şərqi Avropa ölkəsində yoluxma faktlarının sayı da artaraq 1 834-ə çatıb. 231 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 258 000-i ötüb. Bunların 574 837 nəfəri sağalıb, 154 381 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi