Macarıstanda ilk koronavirusa yoluxma qeydə alındı

Macarıstanda ilk koronavirusa yoluxma qeydə alındı Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkədə koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
5 Mart , 2020 04:19
Macarıstanda ilk koronavirusa yoluxma qeydə alındı

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkədə koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə yerli MTI informasiya agentliyi bildirib.

"Bizdə koronavirusa ilk yoluxma hadisəsi var. Bu iki pasiyent koronavirusa görə tibbi müəssisəyə çatdırılıblar", - deyə o “Facebook”dakı səhifəsi vasitəsilə videomüraciətində deyib.

Baş nazirin sözlərinə görə, koronavirus İrandan gələn iki tələbədə aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 380-ə çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 221 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi