Macarıstanda fövqəladə vəziyyət rejiminin müddəti artırılıb

Macarıstanda fövqəladə vəziyyət rejiminin müddəti artırılıb Buna səbəb ölkəyə miqrant axınıdır
Digər ölkələr
31 Avqust , 2017 05:19
Macarıstanda fövqəladə vəziyyət rejiminin müddəti artırılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Macarıstan hökuməti miqrant axınına görə fövqəladə vəziyyət rejiminin daha 6 ay müddətinə uzadılması haqqında qərar qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Zoltan Kovaç Macarıstanın milli agentliyinə bildirib.

"Daxili işlər naziri Şandor Pinterin tövsiyəsi ilə hökumət kütləvi immiqrasiyaya görə fövqəladə vəziyyət rejiminin altı ay müddətinə - 7 mart 2018-ci ilə qədər uzadılması haqqında qərar qəbul edib", - deyə Kovaç bildirib.

"Avropada terrorizm təhlükəsi kütləvi immiqrasiya nəticəsində artıb və təhlükəsizlik maraqları üçün müvafiq olaraq ciddi sərhəd nəzarəti zəruriliyi qalmaqdadır", - deyə Kovaç əlavə edib.

Macarıstan hökuməti Serbiya və Xorvatiya ilə sərhəd zonasında hasar çəkib. Bununla yanaşı, sərhədyanı ərazilərdə fövqəladə vəziyyət rejimi elan olunub. 

Son xəbərlər

Orphus sistemi