Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstanda rəsmi qarşılanma mərasimi olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Macarıstan Baş naziri Viktor Orbanla görüşəcək.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını nəzərdə tutan sənədin imzalanması nəzərdə tutulub.
Liderlər xüsusilə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, mədəniyyət və enerji sahələrində əməkdaşlığı diqqətdə saxlayacaqlar.
Səfər çərçivəsində 26 müxtəlif sahəni əhatə edən sənədlər imzalanacaq.