Yuxarı

​Macarıstan Xorvatiya ilə sərhədini bağlayıb

Xorvatiya belə olan halda qaçqınları Sloveniyaya yönləndirəcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Macarıstan ölkədən keçməklə Qərbi Avropaya gedən qaçqın axınının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Xorvatiya belə olan təqdirdə miqrantları macar tərəfi əvəzinə Sloveniyaya yönləndiriləcəyini bəyan edib.

Macarıstan qaçqınların keçdiyi, daha sonra isə Avstriya və ya Almaniya istiqamətində hərəkət etdiyi əsas ölkələrdən biridir.

Sərhədin bağlanmasına bir neçə saniyə qalmış gələn bir neçə yüz miqrant qrupu ölkəyə buraxılan sonuncu mühacirlər olublar. Bunadək Macarıstan Serbiya ilə sərhədini bağlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi