Yuxarı

​Macarıstan Xorvatiya ərazisindən miqrant axınının dayandığını bildirib

Bu qərar sərhədi qanunsuz keçmək istəyənlərin qarşısını almaq üçün effektiv həll yoludur

Bakı. 19 oktyabr. REPORT.AZ/ İki ölkə arasındakı sərhədlərin bağlanması qonşu Xorvatiyadan Macarıstana miqrant və qaçqın axınını dayandırıb. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin rəsmisi Zoltan Kovaç bildirib: "Sərhədin bağlanması bəhrəsini verir, bu qərar sərhədi qanunsuz keçmək istəyənlərin qarşısını almaq üçün effektiv həll yoludur. Macarıstan hökuməti belə vəziyyəti hadisələr bunu nə vaxta kimi tələb edəcəksə, o qədər saxlamaq qərarına gəlib". 

O, həmçinin qeyd edib ki, bazar günü ölkəyə qeyri-qanuni yolla yalnız 41 miqrant daxil ola bilib. Bu ilin əvvəlindən Macarıstan üçün ən aşağı göstərici olduğu vurğulanıb.

"Biz daim Sloveniya, Xorvatiya və Serbiya ilə sərhəddə vəziyyətin monitorinqini aparırıq və vəziyyətin hər hansı bir dəyişilməsinə reaksiya verməyə hazırıq", - Z.Kovaç deyib.

Ötən həftə Z.Kovaç rəsmi şəkildə qanunsuz miqrantların keçməsi üçün Xorvatiya ilə sərhəddəki "yaşıl zona"nın bağlanmasını elan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi