Macarıstan XİN rəhbəri: Ukraynaya qoşun göndərmək NATO-nun qərarını pozacaq

Macarıstan XİN rəhbəri: Ukraynaya qoşun göndərmək NATO-nun qərarını pozacaq “Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq”.
Digər ölkələr
3 mart 2024 12:10
Macarıstan XİN rəhbəri: Ukraynaya qoşun göndərmək NATO-nun qərarını pozacaq

“Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Kossuth” radiostansiyasının efirində bildirib

“İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”, - Siyarto vurğulayıb.

O əlavə edib ki, Macarıstanın mövqeyi dəyişməz olaraq qalır - ölkə Ukraynaya əsgər və ya silah göndərməyəcək.

Son xəbərlər

Orphus sistemi