Yuxarı
    Bağlamaq

    Macarıstan XİN başçısı: "Avropa İttifaqının təhlükəsizliyi Türkiyədəki sabitlikdən asılıdır"

    Peter Szijjarto: İndiki vəziyyətdə Türkiyə ilə bağlı məsələlərə münasibətdə ölçülü, soyuqqanlı hərəkət edilməlidir

    Bakı. 14 noyabr. REPORT.AZ/ "İndiki vəziyyətdə Türkiyə ilə bağlı məsələlərə münasibətdə ölçülü, soyuqqanlı hərəkət edilməlidir".

    "Report" Haber7-yə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto jurnalistlərə müsahibəsində bildirib.

    "Avropa İttifaqının təhlükəsizliyi Türkiyədəki sabitlikdən asılıdır. Qaçqın böhranıın həlli Türkiyə ilə Avropa İttifaqının anlaşmasına bağlıdır. Bununla Avroa İttifaqı sabitliyini Ankaraya verib. Razılaşmanın reallaşmaması və ya nəticəsiz bitməsi Avropa İttifaqını ciddi çətionliklərlə qarşı-qarşı qoya bilər.Ona görə də Macarıstan Türkiyənin tənqid edilməsində diqqət olmağı məsləhət bilir. Çünii Türkiyənin sabitliyinin sarsılması Avropanın da təhlükəsizliyinin sarsılmasına səbəb ola bilər", - deyə nazir vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi