Macarıstan Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyəcək

Macarıstan Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyəcək Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.
Digər ölkələr
18 İyun , 2024 20:32
Macarıstan Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləyəcək

Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.

Report"un məlumatına görə, bunu Aİ-nin Brüsseldə keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban deyib.

Macarıstanın Baş naziri Brüsseldəki məsləhətləşmələrdən sonra Ruttedən aldığı məktubun surətini dərc edib. Sənəddə onun bütün vədləri, o cümlədən Orban və Stoltenberq arasında Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşmaya əməl etmək istəyi öz əksini tapıb.

Daha əvvəl Orban bəyan edib ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından çıxarılmasını təklif edir.

Son xəbərlər

Orphus sistemi