Macarıstan prezidenti ikinci müddətə seçilib

Macarıstan prezidenti ikinci müddətə seçilib Yanoş Ader səsvermə zamanı parlament üzvlərinin əksəriyyətinin səsini qazanıb
Digər ölkələr
13 Mart , 2017 17:54
Macarıstan prezidenti ikinci müddətə seçilib

Bakı. 13 mart. REPORT.AZ/ Macarıstan parlamenti səsvermənin ikinci mərəhələsində Yanoş Aderi ikinci müddətə yenidən prezident seçib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Y.Ader səsvermə zamanı parlamentarilərin əksəriyyətinin səsini qazanıb.

Belə ki, 170 deputatdan 131-i onun lehinə səs verib. Eyni zamanda, müxalifətin namizədi, Baş nazir Viktor Orbanın tənqidçisi Laslo Mayteni cəmi 39 səs toplayıb.

Qeyd edək ki, səsvermənin birinci mərhələsində namizədlərdən heç biri qələbə qazanmaq üçün zəruri olan həddi - deputatların 2/3-nin səsini qazana bilmədiyinə görə, ikinci mərhələ keçirilib.

Köhnə-yeni dövlət başçısının yeni prezidentlik müddəti bu il mayın 10-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi