Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb - VİDEO

Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb - VİDEO Bakı. 13 dekabr. REPORT.AZ/ Macarıstanda 2 min sakin parlamentin qarşısında etiraz mitinqinə çıxıb.
Digər ölkələr
13 Dekabr , 2018 20:58
Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb - VİDEO
euronews

Bakı. 13 dekabr. REPORT.AZ/ Macarıstanda 2 min sakin parlamentin qarşısında etiraz mitinqinə çıxıb.

“Report” “BBC News”a istinadən xəbər verir ki, sakinlər parlamentdə müzakirə olunan yeni əmək qanununa etiraz olaraq bu addımı atıblar.

Onların qarşısını almaq üçün cəlb edilən polis əməkdaşları mitinqi dağıtmaq üçün bibər qazından istifadə edib. Bununla yanaşı, parlament salonunda müxalifət həmin qanun layihəsinə dair səsverməni əngəlləmək üçün qarşıdurma yaradıb.

Salondakı gərginlik səbəbindən səsvermənin başlamasını kürsüdən elan edə bilməyən sədr bunu elə salonda bildirməli olub. Etiraz və müqavimətlərə baxmayaraq, yeni qanun qəbul olunub.

Son xəbərlər

Orphus sistemi