Macarıstan Niderlanddakı səfirini geri çağırıb

Macarıstan Niderlanddakı səfirini geri çağırıb Peter Siyyarto: “İki dövlət arasında qeyri-müəyyən müddətədək səfir səviyyəsində diplomatik münasibət olmayacaq”
Digər ölkələr
25 avqust 2017 10:58
Macarıstan Niderlanddakı səfirini geri çağırıb

Bakı. 25 avqust. REPORT.AZ/ Macarıstan hökuməti Niderland Krallığındakı səfirini geri çağıraraq diplomatik təmsilçiliyin səviyyəsini müvəqqəti işlər vəkilinə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib.

Buna səbəb Niderlandın Macarıstandakı səfiri Qayus Şeltemin macar mətbuatına müsahibəsində söylədiklərinin olduğu bildirilib. Səfir müsahibəsində Macarıstan hökumətini terrorçulara oxşadıb: “Macarıstan hökuməti düşmən obrazı yaradarkən İslam ekstremistlərinin üsulundan istifadə edir”.

Peter Siyyartonun sözlərinə görə, iki dövlət arasında qeyri-müəyyən müddətədək səfir səviyyəsində diplomatik münasibət olmayacaq.

O, ölkəsinin krallıqdakı səfirliyinin müvəqqəti işlər vəkilinə Niderland Xarici İşlər Nazirliyindən məsələyə dair izahat tələb etməsini tapşırıb: “Bizə açıq-aşkar izahat verilməsi lazımdır. Bağlı qapılar arxasında verilən açıqlama bizi qane etmir. Macarıstana və macar xalqına münasibətdə irad tutmaq icazəsi heç kimə verilməyib”. 

Son xəbərlər

Orphus sistemi