Macarıstan müdafiə xərclərini 29% artırmaq istəyir

Macarıstan müdafiə xərclərini 29% artırmaq istəyir “Macarıstan 2024-cü ildə hərbi məqsədlər üçün 4,85 milyard avro ayırmağı planlaşdırır ki, bu da indiki ilə müqayisədə demək olar ki, 29% çoxdur”.
Digər ölkələr
30 May , 2023 21:45
Macarıstan müdafiə xərclərini 29% artırmaq istəyir

“Macarıstan 2024-cü ildə hərbi məqsədlər üçün 4,85 milyard avro ayırmağı planlaşdırır ki, bu da indiki ilə müqayisədə demək olar ki, 29% çoxdur”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Mihay Varqa bildirib.

Onun sözlərinə görə, NATO öhdəliklərinə uyğun olaraq, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2,1%-nə çatacaq, korporativ artıq verginin bir hissəsini tutan və ordunun maliyyələşdirilməsinə sərf olunan Milli Müdafiə Fondu isə təxminən 1310 milyard forint təşkil edəcək (3,54 milyard avro - Red).

Bundan əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Budapeşt və Belqrada hücumlar edilir, çünki ölkələr Ukraynada sülhə nail olmağa çalışır və münaqişənin genişlənməsini istəmir.

Son xəbərlər

Orphus sistemi