Macarıstan hökuməti: İsveç NATO-ya daxil olmaq üçün lazımi addımlar atmır

Macarıstan hökuməti: İsveç NATO-ya daxil olmaq üçün lazımi addımlar atmır Macarıstan hökuməti hesab edir ki, İsveç NATO-ya daxil olmaq üçün lazımi addımlar atmır və bu məsələyə biganə yanayır.
Digər ölkələr
18 Yanvar , 2024 18:24
Macarıstan hökuməti: İsveç NATO-ya daxil olmaq üçün lazımi addımlar atmır

Macarıstan hökuməti hesab edir ki, İsveç NATO-ya daxil olmaq üçün lazımi addımlar atmır və bu məsələyə biganə yanayır.

“Report” xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Quyaş jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə Macarıstan parlamenti üçün krallığın Şimali Atlantika Alyansına qəbul edilməsi haqqında sazişin ratifikasiyası çətin olacaq: “İsveç bizimlə dost və müttəfiq kimi etimad yaratmaq və əlaqələr qurmaq üçün heç bir addım atmır. İki ölkə arasındakı münasibətlər rəsmi olaraq müttəfiq hesab olunur, lakin dostluq adlandırmaq çətindir”.

“Buradan belə nəticəyə gələ bilərik ki, NATO-ya üzv olmaq İsveç üçün prioritet deyil”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi