“Macarıstan Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları səbəbindən 10 milyard avro itirib”.
“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər Aİ-nin gözlədiyi kimi Ukraynadakı münaqişəyə son qoymadı:
“Rusiya tərəfi itirmədi, əksinə, daha çox pul qazandı və enerji təchizatının həcmi 70% artdı. Sanksiyalar macarların cibindən 4 trilyon forint (10 milyard avrodan çox - Red) çıxarıb. Sanksiyalar Rusiyaya qarşı yönəldilib, lakin Avropanı vurdu. Siz Brüsseldəki şüşə saraylarda sadəcə oturursuz və baş verənlərə inanmaq istəmirsiz”.