Yuxarı

​Lüksenburq XİN-i Avropa İttifaqının dağılacağını xəbərdar edir

26 ölkənin daxil olduğu şengen vizası zonasına da real təhlükə var

Bakı. 9 noyabr. REPORT.AZ/ Lüksenburqun XİN rəhbəri Jan Asselborn Avropa İttifaqının dağılacağından və miqrasiya böhranı fonunda Avropa ölkələri arasındakı sərhədə nəzarətin tətbiqindən ehtiyatlanır.

"Avropa İttifaqı dağıla bilər. Həmrəylik yerinə təfriqə hökm sürdüyü halda bu çox tez baş verə bilər", - "DPA" agentliyinə müsahibəsində Asselborn deyib.

Onun fikrincə, 26 ölkənin daxil olduğu şengen vizası zonasına da real təhlükə var.

"Çox güman ki, bizim bir neçə ayımız qalıb", - Lüksenburqun XİN başçısı əlavə edib.

"Frontex" Avropa sərhəd agentliyinin məlumatına görə, bu ilin ilk 9 ayı ərzində Avropa İttifaqına 710 mindən artıq miqrant gəlib. Avropa Komissiyasından bildiriblər ki, dünyada baş verən miqrant böhranı II Dünya müharibəsindən sonra ən genişmiqyaslı böhrandır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi