Lüksemburq XİN başçısı: "Hazırda Aİ-də Şengen məsələsi avrodan da vacibdir"

Lüksemburq XİN başçısı: "Hazırda Aİ-də Şengen məsələsi avrodan da vacibdir" "Şengen məğlub olarsa, Avropanın özünüdərki də məğlub olmuş olacaq"
Digər ölkələr
18 Noyabr , 2015 15:46
Lüksemburq XİN başçısı: Hazırda Aİ-də Şengen məsələsi avrodan da vacibdir

Bakı. 18 noyabr. REPORT.AZ/ "Miqrasiya böhranı şəraitində Şengen məsələsi Avropa İttifaqının bütövlüyü üçün Avropanın vahid valyutası olan avrodan daha vacibdir". "Report"un məlumatına görə, bunu Aİ-yə sədrlik edən Lüksemburqun xarici işlər naziri Jan Asselborn deyib.

"Şengen məğlub olarsa, Avropanın özünüdərki də məğlub olmuş olacaq. Fikrimcə, hazırda Şengen məsələsi avronun özündən də vacibdir. Amma Aİ ölkələri bir-birilə əlaqəli hərəkət etsə, İttifaq miqrasiya krizisinin öhdəsindən gələ biləcək", - J.Asselborn bildirib.

Son xəbərlər

Orphus sistemi