Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub

Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub Bakı. 15 fevral. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.
Digər ölkələr
15 Fevral , 2019 16:42
Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub
RIA Novosti

Bakı. 15 fevral. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu barədə qərar son anda qəbul edilib.

A.Lukaşenko fevralın 16-da “Şərq-Qərb münasibətləri” mövzusunda panel müzakirələrdə iştirak etməli imiş. Onun əvəzinə tədbirə ölkənin Almaniyadakı səfiri Denis Sidorenko qatılacaq.

Qeyd edək ki, bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayıb. Tədbir fevralın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi