Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub

Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.
Digər ölkələr
31 dekabr 2023 11:58
Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.

“Report” xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.

“Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub”, – o deyib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.

Tertel qeyd edib ki, “vəziyyət nəzarət altındadır”.

“Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi