Luizianadakı neft buruğunda partlayış olub, yaralananlar var - VİDEO

Luizianadakı neft buruğunda partlayış olub, yaralananlar var - VİDEO Hələ də alovun göründüyü hadisə yerinə xilasetmə gəmiləri göndərilib
Digər ölkələr
16 Oktyabr , 2017 09:42
Luizianadakı neft buruğunda partlayış olub, yaralananlar var - VİDEO
AP

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatındakı Ponçartreyn gölündə yerləşən neft buruğunda partlayış baş verib. 

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Şəhərinin Polis Departamentinin nümayəndəsi Kenner Brayan Makqreqorun sözlərinə görə, yaralıların sayı arta bilər.

O, həmçinin hələ də alovun göründüyü hadisə yerinə xilasetmə gəmilərinin göndərildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi