Yuxarı

"Lufthansa" təyyarəsi təcili İstanbula qayıtmalı olub

Pilot yük bölümündən şübhəli səslər gəldiyini bildirib

Bakı. 10 May. REPORT.AZ/ "Lufthansa" şirkətinin Airbus A321 təyyarəsi İstanbul aeroportundan havaya qalxdıqdan bir müddət sonra geri qayıtmalı olub.

"Report"un Azadlıq radiosuna istinadən xəbər verir ki, bunu təyyarənin pilotu istəyib. O, yük bölümündən şübhəli səslər gəldiyini əsas gətirib.

Frankfurta uçan təyyarə 50 dəqiqədən sonra yenidən İstanbul hava limanında yerə enib.

Polis yük bölümündə axtarış aparsa da, şübhəli heç nə tapmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi