​"Lufthansa" aviaşirkətinin bütün reysləri təxirə salınma təhlükəsi altındadır

​"Lufthansa" aviaşirkətinin bütün reysləri təxirə salınma təhlükəsi altındadır Şirkət bildirib ki, tətil dayandıdırmayacağı halda həmkarları məhkəməyə verəcək
Digər ölkələr
10 Noyabr , 2015 19:39
​Lufthansa aviaşirkətinin bütün reysləri təxirə salınma təhlükəsi altındadır

Bakı. 10 noyabr. REPORT.AZ/ Bələdçilərin Müstəqil Həmkarlar Təşkilatı ilə Almaniyanın nəhəng "Lifthansa" avia şirkəti arasında təqaüd təminatı, əmək haqqı və başqa sosial məsələlərə dair razılıq əldə edilməyib.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, həmkarlar təşkilatı noyabrın 11-dən noyabrın 13-dək bütün bələdçiləri tətil etməyə çağırıblar.

Avia şirkətdən bildiriblər ki, noyabrın 11-də saat 4-dən başlayaraq, praktiki olaraq, bütün reyslər təxirə salınma təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, bir müddət öncə həmkarlar təşkilatı tətilin bir həftə davam edəcəyini bildirmişdi.

Şirkət bildirib ki, tətil dayandırmayacağı halda həmkarları məhkəməyə verəcək. 

Son xəbərlər

Orphus sistemi