Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb Helikopter Şerman-Ouks rayonunda enib
Digər ölkələr
22 İyul , 2017 04:56
Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərinin küçələrindən birinə kiçik vertolyot sərt eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Pontonu olan "Robinson R44" tipli vertolyot Şerman-Ouks rayonunda enib.

Bildirilir ki, insident nəticəsində dörd nəfər xəsarət alıb, təyyarənin göyərtəsində olanların həyatı üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi