Los-Ancelesdə şənlikdə atışma olub

Los-Ancelesdə şənlikdə atışma olub ABŞ-ın Los-Anceles şəhərində baş verən atışmada dörd nəfər yaralanıb
Digər ölkələr
1085
4 Avqust , 2020 18:56
Los-Ancelesdə şənlikdə atışma olub

ABŞ-ın Los-Anceles şəhərində baş verən atışmada dörd nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə xidməti məlumat yayıb.

“Los-Anceles Yanğından Mühafizə Departamentinə atışma barədə məlumat daxil olub. Hadisə yerində üç yetkin yaralı aşkar edilib, onlar xəstəxanalara aparılıb. Yaralılardan ikisinin durumu kritik, biri ağırdır”, - bəyanatda deyilir.

Həmçinin hadisə yerindən uzaqlaşmağa çalışan daha bir nəfər də xəsarət alıb. O, əlindən yaralanıb, xəsarət odlu silah vasitəsilə yetirilməyib.

Yerli “CBS Los Angeles” telekanalının məlumatına görə, hadisə baş verən ünvanda ABŞ Milli Futbol Liqasının oyunçusunun evində qonaqlıq təşkil edilib. Malikanəyə onlarla insan toplaşıb. Koronavirusla bağlı vəziyyətə görə şəhərdə böyük qruplarla toplaşmaq qadağandır. Hadisə yerinə polislər gəlib.

Orphus sistemi