Los-Ancelesdə qatarla yük maşını toqquşub, 10 nəfər yaralanıb

Los-Ancelesdə qatarla yük maşını toqquşub, 10 nəfər yaralanıb Qatarda ümumilikdə 187 sərnişin olub
Digər ölkələr
7 Sentyabr , 2016 05:56
Los-Ancelesdə qatarla yük maşını toqquşub, 10 nəfər yaralanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı Los-Ancelesdə "Metrolink" qatarı ilə yük maşınının toqquşması nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KTLA teleşirkəti məlumat yayıb.

Altı vaqonlu qatarda ümumilikdə 187 sərnişin olub.

Hadisə yerinə 13 "təcili yardım" və 75 yanğınsöndürən maşın gəlib.

Xoşbəxtlikdən heç kim, eləcə də yük maşınının sürücüsü ağır xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi