Los-Ancelesdə neft və qaz hasilatı qadağan edilə bilər

Los-Ancelesdə neft və qaz hasilatı qadağan edilə bilər ABŞ-da Los-Anceles şəhərinin planlaşdırma idarəsi əhalini mümkün risklərdən qorumaq üçün şəhərdə neft və qaz hasilatını qadağan etmək istəyir.
Digər ölkələr
10 Avqust , 2022 07:05
Los-Ancelesdə neft və qaz hasilatı qadağan edilə bilər

ABŞ-da Los-Anceles şəhərinin planlaşdırma idarəsi əhalini mümkün risklərdən qorumaq üçün şəhərdə neft və qaz hasilatını qadağan etmək istəyir.

“Report” “TASS”a istinadən xəbər verir ki, davam edən hasilat layihələri mərhələli şəkildə dayandırılacaq.

“Neft qazma işləri çoxdan köhnəlib, lakin bu gün biz aydın mesaj göndəririk: Los-Ancelesdə çirkli enerjinin gələcəyi yoxdur. Bu ilin əvvəlində mən məmur yoldaşları, fəallar və icma liderləri ilə birlikdə şəhərdə neft və qaz hasilatının mərhələli şəkildə dayandırılması haqqında direktivi imzalamağa çağırdım və bu gün biz mədən sahələrinin yaxınlığında yerləşən ərazilərdən zəhərli tüstülərdən qurtulmağa bir addım daha yaxınıq”, - şəhər meri Erik Qarsetti açıqlamasında bildirib.

Son xəbərlər

Orphus sistemi