Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın Los Anceles şəhərinin Polis İdarəsinin rəisi Çarli Bek ötən gün küçə ortasında evsiz bir adamı qətlə yetirən polis əməkdaşlarını haqlı çıxarmağa çalışıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Ç.Bek bildirib ki, insident zamanı polis işçiləri tamami ilə doğru davranıblar, çünkü evsiz adam qanun keşikçilərindən birinin silahını əlindən almağa cəhd edib.
Qeyd edək ki, internetdə yayımlanan videodan aydın görünürkü, bir qrup polis çadırda yaşayan evsiz adamla mübahisə edir və evsiz adamı yerə yıxaraq silahla beş dəfə atəş açır.
Baş verən dava-dalaş zamanı evsizə kömək etmək istəyən bir adamın digər polislər tərəfindən hadisə yerindən zorla uzaqlaşdırıldığı da görünür.