Los-Anceles məktəbində atışma zamanı iki şagird yaralanıb

Los-Anceles məktəbində atışma zamanı iki şagird yaralanıb Zərərçəkənlər 15 yaşlı qız və oğlandır
Digər ölkələr
2 Fevral , 2018 05:20
Los-Anceles məktəbində atışma zamanı iki şagird yaralanıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki məktəblərdən birində baş verən silahlı insident nəticəsində iki şagird yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Yaralananlar 15 yaşlı qız və oğlandır. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Polis nümayəndələri cinayətdə şübhəli bilinən şəxsin saxlanıldığını təsdiq etsələr də, bu barədə başqa məlumat verməyiblər.

Sonradan Los-Anceles polis idarəsinin "Twitter" səhifəsində qız və oğlan olduğu qeyd olunmayan 12 yaşlı uşağın saxlanıldığı barədə məlumat yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi